ƏCƏMİ METROSUNUN YAXINLIĞINDA QANUNİ 3 OTAQLI MƏNZİL TƏCİLİ SATILIR
Nəsimi rayonu, Əcəmi metrosunun yaxınlığında, 111 nömrəli tam orta məktəbin yanında yerləşən eksperimental layihəli daş binada qanuni 3 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil yüksək keyfiyyətli materiallarla şəxsi yaşayış üçün sıfırdan əsaslı təmir olunub. Təmir zamanı bütün xırda detallara xüsusi diqqət yetirilib. Hamam və sanuzel isti döşəmə (istipol) sistemi ilə təchiz olunub ki, bu da mənzildə əlavə komfort yaradır.
Mənzil qanuni 3 otaqdan ibarətdir və funksional planlaşdırılması sayəsində həm geniş ailələr, həm də rahat yaşayış axtaranlar üçün ideal seçimdir.
Mənzil əşyalı satılır (elektronika xaric). Alıcı əlavə xərc çəkmədən mənzildə rahat şəkildə yaşayışa başlaya bilər.
Bina eksperimental layihəli daş binadır. Daş bina olması həm istilik, həm də səs izolyasiyası baxımından üstünlük təşkil edir.
Binanın yerləşdiyi ərazi olduqca əlverişlidir. 111 nömrəli tam orta məktəb binanın yaxınlığında yerləşir. Bundan əlavə, metro, marketlər, məktəblər, uşaq bağçaları, apteklər, banklar, ictimai nəqliyyat dayanacaqları və gündəlik həyat üçün lazım olan bütün infrastruktur obyektləri mənzilə yaxın məsafədədir.
Qaz, su və işıq daimidir.
Sənədləri qaydasındadır.
Qiymətdə real alıcı üçün simvolik endirim olunacaq.
Ofis haqqı: 1% — alıcı tərəfindən.