İcarəyə verilir 2 otaqlı köhnə tikili 55 m², Əhmədli m.
Xətai rayonu, Əhmədli və Həzi Aslanov metrostansiyalarının arasında, 35-ci polis bölməsinin (Rasim market) yaxınlığında yerləşən köhnə tikili binada 2 otaqlı mənzil kirayə verilir. Mənzil binanın 9-cu mərtəbəsində yerləşir, ümumi sahəsi 55 kv.m-dir və tam təmirlidir.
Mənzil hər bir lazımi əşya və məişət avadanlığı ilə təmin olunub:
Geniş qonaq otağı: rahat divanlar, yemək masası, stullar, geniş TV-stend və kondisioner.
Yataq otağı: iki nəfərlik yataq, geniş qarderob şkafı və eyvana çıxış.
Tam təchizatlı mətbəx: mətbəx mebeli, qaz plitəsi, aspirator, soyuducu, paltaryuyan maşın və mikrodalğalı soba.
Sanitar qovşaq: təmiz və səliqəli kafellidir, duş sistemi, əl-üz yuyan və su qızdırıcısı ilə təchiz edilib.
Mənzilin eyvanından şəhərə və dənizə gözəl mənzərə açılır. Binanın yerləşdiyi yer infrastruktur cəhətdən çox əlverişlidir. Yaxınlıqda məktəb, bağça və müxtəlif mağazalar fəaliyyət göstərir. Binanın arxasından 36, 104, 20, 62 nömrəli avtobuslar keçir.
Şərtlər və qiymət:
Kirayə qiyməti: 500 AZN (Uzunmüddətli qalanlar üçün qiymətdə endirim olunacaq).
Ofis haqqı: 30 faiz təşkil edir.
Mənzil yalnız ailəyə kirayə verilir.