İcarəyə verilir 7 otaqlı ofis 270 m², Nəsimi r.
Nəsimi rayonunun ən prestijli və biznes yönümlü ərazilərindən birində, Koala parkı, Dədə Qorqud parkı, Nəsimi bazarı və "Zoğal" restoranının yaxınlığında geniş ofis sahəsi icarəyə verilir! Yeni tikili binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən obyektin müstəqil fəaliyyət təmin edən ayrıca giriş-çıxışı mövcuddur. Lokasiya baxımından olduqca strateji mövqedədir, şəhərin əsas nöqtələrinə rahat çıxışı var və ətrafında banklar, marketlər, restoranlar və ictimai nəqliyyat dayanacaqları fəaliyyət göstərir.
Ofis qanuni 7 geniş otaqdan, rahat holl hissəsindən, ayrıca mətbəx və 2 sanitar qovşağından ibarətdir. İnfrastruktur tam tamına hazırdır; istilik sistemi kombidir və hər otaqda kondisioner mövcuddur. İşıqlı otaqları və funksional quruluşu komanda ilə çalışan şirkətlər üçün çox əlverişlidir. Məkan İT və konsaltinq şirkətləri, tədris mərkəzləri, klinika, hüquq, reklam agentlikləri və digər müxtəlif biznes istiqamətləri üçün tam ideal seçimdir. Qiymət: 3900 AZN.