İcarəyə verilir 3 otaqlı yeni tikili 140 m², Nizami m.
Şəhərin tam mərkəzində, prestijli “Pentakom” yaşayış kompleksində möhtəşəm 3 otaqlı mənzil kirayə verilir!
Bəşir Səfəroğlu küçəsində yerləşən müasir “Pentakom” yaşayış kompleksində geniş, işıqlı və zövqlə təchiz olunmuş 3 otaqlı mənzil uzunmüddətli kirayə verilir.
Mənzil 15 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir və şəhərə açılan möhtəşəm panoramik mənzərəyə malikdir. Binanın park ərazisində yerləşməsi həm sakitlik, həm də şəhər mərkəzinin bütün üstünlüklərini bir arada təqdim edir.
Kompleks qapalı və mühafizə olunan həyətə, domofon sisteminə, sərnişin və yük liftlərinə malikdir.
Mənzilin bütün otaqları eyvanlıdır. Mənzil yüksək komfortlu yaşayış üçün lazım olan bütün mebel və məişət texnikası ilə tam təchiz olunub. Bütün otaqlarda kondisioner quraşdırılıb.
Mənzilin 3 aylıq ödənişi başdan olunmalıdır.6 aylıq ödəniş olunduğu halda qiymət 1000 manat,8 aylıq ödəniş olunduğu halda mənzil 800 manata təklif olunur.
Xidmət haqqı 30% təşkil edir.