Yasamal rayonunda, şəhərin ən prestijli və elit yaşayış komplekslərindən biri olan "Altes Plaza"-da premium de-lüks mənzil kirayə verilir.
Mənzil 20 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir və ümumi sahəsi 150 m²-dir. Yeni və yüksək keyfiyyətli materiallarla təmir olunmuş mənzildən Yasamal rayonuna və şəhərə möhtəşəm bir mənzərə açılır. Komfortlu və lüks yaşam axtaranlar üçün hər bir detal incəliklə düşünülmüşdür.
Premium kompleksdə 24/7 yüksək səviyyəli mühafizə, qəbul və konsyerj xidməti, səssiz sürət liftləri və yeraltı avtoparkinq mövcuddur.