İcarəyə verilir 2 otaqlı yeni tikili 65 m², Ağ şəhər q.
Ağ Şəhərin ən prestijli yaşayış komplekslərindən biri olan -
"KnightsBridge Residence" də 2 otaqlı, əla təmirli, zövqlə dizayn edilmiş premium mənzil kirayə təklif olunur. Mənzil yüksək keyfiyyətli mebel və müasir texniki avadanlıqlarla tam təchiz edilib və rahat yaşayış üçün bütün detallar nəzərə alınıb.
--------------------------------------------------------------------------------------------------
Kompleks 24/7 mühafizə, resepsion xidməti, sürətli liftlər, qapalı həyət, yeraltı avtodayanacaq və yüksək səviyyəli idarəetmə sistemi ilə sakinlərinə təhlükəsiz və komfortlu həyat tərzi təqdim edir.
Ağ Şəhərin geniş bulvarına, parklarına, restoran və kafelərinə, həmçinin şəhərin əsas nəqliyyat istiqamətlərinə yaxın əlverişli yerləşməsi bu mənzili xüsusilə cəlbedici edir.
--------------------------------------------------------------------------------------------------
Binanın kommunal ödənişi və vergi aylıq kirayə haqqına daxildir. Depozit məbləğ tələb olunur.
Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası ilk aylıq kirayə məbləğinin 30%-ni təşkil edir.