Satılır 5 otaqlı həyət evi/bağ evi 180 m²
Novxanı bağlarında, yeni Sea Breeze yoluna yaxın ərazidə yerləşən bu bağ evi satışa təqdim olunur. Ev 6 sot torpaq sahəsində inşa edilib, ümumi sahəsi 180 kv.m-dir. 5 otaqdan ibarətdir (4 yataq otağı, 1 qonaq otağı) və 4 sanitar qovşağı mövcuddur. Onlardan 3-ü evin daxilində, 1-i isə həyətdə yerləşir. Ev tam əşyalı şəkildə satılır. Şəxsi yaşayış üçün yüksək keyfiyyətlə tikilib. Birinci mərtəbə və mərtəbələrarası hissələr monolit betondur, ev qoşa daşla inşa olunub. Dörd tərəfdən hava sirkulyasiyası təmin edilib, dam örtüyünə qədər havalandırma sistemi çəkilib. Evin 2 ayrı girişi var. Həyətdə 8x4 ölçülü skimmer hovuz, besetka, müxtəlif meyvə ağacları və dekorativ güllər mövcuddur. 10 tonluq ehtiyat su çəni ilə təchiz olunub. İkinci mərtəbədən gölə gözəl mənzərə açılır. Sakit, təmiz havalı və prestijli ərazidə yerləşən bu ev həm daimi yaşayış, həm də istirahət üçün ideal seçimdir.