QİYMƏT ENDİRİLDİ
Bakı şəhəri, Elmlər Akademiyası və İnşaatçılar metrostansiyalarına yaxın, Musabəyov parkının tam yanında yerləşən ideal mənzil satışdadır.
📍 Prestijli və rahat yaşayış üçün əlverişli ərazidə yerləşən bu mənzil həm ailə yaşayışı, həm də investisiya məqsədi üçün əla seçimdir.
Mənzilin üstünlükləri:
✅ Qanuni 3 otaq
✅ Çıxarış (Kupça) var – ipoteka üçün yararlıdır
✅ Tam təmirli və əşyalı satılır
✅ 3 balkon – geniş, işıqlı və komfortlu istifadə imkanı
✅ 2 sanitar qovşağı
✅ Kombi istilik sistemi
✅ Qaz, su və işıq daimidir
Mənzil keyfiyyətli təmirə, funksional planlaşdırmaya və şəhərin ən tələb olunan lokasiyalarından birində yerləşməsinə görə seçilir. Park, metro, məktəb, bağça, market və digər zəruri infrastruktur obyektləri piyada məsafəsindədir.